Bolqarıstan Respublikasının gənclər və idman nazirinin müavini, professor Daşevanın mühazirəsi keçirilib

Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikasının gənclər və idman nazirinin müavini, professor Daşeva “Olimpiya hazırlığının müasir sistemləri” mövzusunda mühazirə ilə çıxış edib.

14 dekabr tarixində AZDBTİA-da keçirilən tədbirdə idman federasiyalarının əməkdaşları iştirak edib. Azərbaycan Yelkən Federasiyasını vitse-prezident Burcu Algon Giorgianni, məşqçi Seyhun Yıldız, ofis meneceri Kənan Həsənov və “Xəzər” Yelkənki Qayıqlar İdman Klubunun məşqçisi və meneceri Tatyana Srebnaya təmsil ediblər.