Noyabrın 16-da Qubada İdman festivalına start verilib

Noyabrın 16-da Qubada İdman festivalına start verilib. Gün ərzində idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və digər fəaliyyətlər iştirakçılar, eləcə də sakinlər tərəfindən böyük maraqla qarşılanıb.

Günün ikinci yarısında Quba Olimpiya İdman Kompleksində tonqal ətrafında azərbaycanlı alpinist İsrafil Aşurlı festival iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.