Azərbaycan Yelkən Federasiyası yelkən idmanı üzrə köməkçi məşqçi və klub məşqçisinin təkmilləşdirilməsi üçün 1-ci Səviyyəli Məşqçilik Kursuna start verib 

Azərbaycanda ikinci dəfə keçirilən köməkçi məşqçi və klub məşqçisinin təkmilləşdirilməsi üçün 1-ci Səviyyəli Məşqçilik Kursu 23-25 fevral 2024-cü il tarixləri arasında SFA ofisində təşkil olunur.

Məşqçilik dərslərini SFA adına Türkiyə Yelkən Federasiyasının milli məşqçi Gökhan Durkal verəcək. Kursun sonunda imtahanı uğurla başa vuran iştirakçılar Gənclər və İdman Nazirliyinin təşkil etdiyi dərslərdə iştirak edəcək, daha sonra ilkin tibbi yardım kursunu və bot istifadə etmək imtahanından uğurlu keçənlər köməkçi məşqçi ünvanını əldə edəcəklər.