Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikasının gənclər və idman nazirinin müavini, professor Daşeva “Olimpiya hazırlığının müasir sistemləri” mövzusunda mühazirə ilə çıxış edib.
14 dekabr tarixində AZDBTİA-da keçirilən tədbirdə idman federasiyalarının əməkdaşları iştirak edib. Azərbaycan Yelkən Federasiyasını vitse-prezident Burcu Algon Giorgianni, məşqçi Seyhun Yıldız, ofis meneceri Kənan Həsənov və “Xəzər” Yelkənki Qayıqlar İdman Klubunun məşqçisi və meneceri Tatyana Srebnaya təmsil ediblər.