Azərbaycan Yelkən Federasiyası tərəfindən keçirilən yelkən idmanı üzrə köməkçi məşqçi üçün 1-ci Səviyyəli Məşqçilik Kursu uğurla yekunlaşıb

Kursun sonunda iştirakçılar imtahanda iştirak etdilər və uğurla keçənlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkil etdiyi dərslərdə iştirak edəcək, daha sonra ilkin tibbi yardım kursunu və bot istifadə etmək imtahanından uğurlu keçənlər köməkçi məşqçi ünvanını əldə edəcəklər.

Türkiyə Yelkən Federasiyasının milli məşqçi Gökhan Durkala yüksək səviyyədə verdiyi təlim üçün təşəkkür edirik.