SalamNews-un əməkdaşı Yelkənli İdman Federasiyası tərəfindən təltif edilib

Bakı, 23 dekabr, SalamNews. Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) tərəfindən bi ilin sentyabr ayında elan edilmiş “Ən yaxşı məqalə, foto, video-reportaj” nominasiyaları üzrə “Media Müsabiqəsi 2016” uğurla başa çatıb. SalamNews xəbər verir ki, müsabiqədə müvafiq dövr ərzində çoxlu sayda materiallar daxil olub, müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Bu məqsədlə Dövlət Dəniz Administrasiyasında təltifetmə mərasimi olub. Mərasimdə Federasiyanın baş katibi Əhməd İsmayılov çıxış edərək jurnalistləri təbrik edib və Federasiyanın hazırki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, müsabiqənin əsas məqsədi Azərbaycanda yelkən idmanının ictimaiyyətə düzgün tanıdılması, əhali arasında maariflənmə və yelkən tarixinin araşdırılmasına töhfə verməkdir. Daha sonra jurnalistlər Federasiya tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Təltif olunanlar arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da olub.

http://www.salamnews.org/az/photolents/show/976/202345/202342