Azərbaycan Yelkən Federasiyasının əməkdaşları 236 saylı tam orta məktəbdə yelkən idmanını tanıdıblar 

Azərbaycan Yelkən Federasiyasının əməkdaşları 236 saylı tam orta məktəbdə yelkən idmanını tanıdıblar. 🤩

Görüşdə 236 saylı tam orta məktəbin 200-dən artıq şagirdi iştirak edib. Görüş zamanı şagirdlərlə maraqlı oyunlar oynanılıb və yelkən idmanı haqqında məlumat verilib.
Yelkən idmanı üzrə milli komandanın məşqçisi Seyhun Yıldız və köməkçi məşqçi Cavid Kərimov yelkən idmanı barədə ətraflı məlumat verərək, şagirdləri yelkən idmanı üzrə “2023-Optimist yay məktəbi”-nə dəvət ediblər.☺️

Görüşün məqsədi orta məktəblərdə təhsil alan şagirdləri yelkən idmanı barədə məlumatlandıraraq, bu idman növünün onlar arasında təbliğatını aparmaqdır.

Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyası hər il məktəblərdə yelkən idmanının təbliğatını aparır.

📌 Əgər sizdə yelkən idmanı ilə tanış olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz.