2023 ILCA 4 Gənclərin Avropa Çempionatında yarışlar başlayıb

2023 ILCA 4 Gənclərin Avropa Çempionatında yarışlar bu gün İspaniyanın Cadiz şəhərində başlayıb.

Müsabiqədə dünyanın 39 ölkəsindən 400-ə yaxın gənc dənizçi iştirak edir. Bunlardan 227 nəfəri oğlan, 167 nəfəri isə qızlardan ibarətdir.

Bu gün iki yarış keçiriləcək. Azərbaycan Yelkən Federasiyasını təmsil edən idmançımız Fidan Ağazadə sarı qrupda yarışacaq.

Fidan dənizə çıxmazdan əvvəl Utku məşqçidən son göstərişlərini alıb.

Uğurlar Fidan!

Daha ətraflı məlumatı tədbirin saytında izləyə bilərsiniz.

https://www.2023-ilca4youth.eurilca-europeans.org/