VI Beynəlxalq Süleymanpaşa Optimist Kuboku Yelkən Yarışları 1-5 sentyabr 2023-cü il tarixlərində Türkiyənin Təkirdağ şəhərində keçiriləcək

Türkiyə Yelkən Federasiyası, Süleymanpaşa Bələdiyyəsi və Təkirdağ Yelkən İxtisas Klubu ilə birgə təşkil edilən VI Beynəlxalq Süleymanpaşa Optimist Kuboku Yelkən Yarışları 1-5 sentyabr 2023-cü il tarixlərində Türkiyənin Təkirdağ şəhərində keçiriləcək.

Azərbaycan Yelkən Federasiyasını milli komandamızın üzvləri Furkan Mustafayev, Nərgiz Məmmədova, Davud Babazadə, Nəzrin Məmmədova, Kamal Bəşirli və məşqçimiz Yasin Çakır təmsil edəcək.

Ölkəmizi beynəlxalq arenada təmsil edəcək idmançılarımıza uğurlar arzulayırıq. Hər zaman üç rəngli bayrağımızı ən böyük zirvələrdə dalğalandırın.