“SFA Federasiya Kuboku 2022″nin mükafatlandırma mərasimi keçirilib

23 oktyabr tarixində Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı ilə cari il üzrə yay məktəbi iştirakçılarının, komandaya yeni seçilən idmançıların və “SFA Federasiya Kuboku 2022″nin mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasimi çərçivəsində 2022-ci ilin milli komandası tədbir iştirakçılarına tanıdılıb və qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qaliblərimiz:

– 2021 “OPTIMIST” sinifi SFA Federasiya kuboku qazananı Fidan Ağazadə.

– 2021 “ILCA 4” sinifi SFA Federasiya kuboku qazananı İsmayıl Kərimov.

– 2022 SFA kuboku ən dayanıqlı idmançı Dilarə Cəfərova.

– 2022 SFA kuboku ən əzimli idmançı Ülviyyə Əhmədova.

– 2022 SFA Federasiya kuboku “ILCA 7” Mixail Protasov🥇 yer.

– 2022 SFA Federasiya kuboku “ILCA 4” Kristina Kərimova🥉yer.

– 2022 SFA Federasiya kuboku “ILCA 4” Fidan Ağazadə🥈yer.

– 2022 SFA Federasiya kuboku “ILCA 4” Murad Hacı-zadə🥇yer.

– 2022 SFA Federasiya kuboku “OPTIMIST JUNIOR” Muhammed Məmmədzadə🥉yer.

– 2022 SFA Federasiya kuboku “OPTIMIST JUNIOR” Emel Məmmədli🥈yer.

– 2022 SFA Federasiya kuboku “OPTIMIST JUNIOR” Furkan Mustafayev🥇yer.

– 2022 SFA Federasiya kuboku “OPTIMIST QIZLAR” Emel Məmmədli🥉yer.

– 2022 SFA Federasiya kuboku “OPTIMIST QIZLAR” Nəzrin Məmmədova🥈yer.

– 2022 SFA Federasiya kuboku “OPTIMIST QIZLAR” Nərgiz Məmmədova🥇yer.

– 2022 SFA Federasiya kuboku “OPTIMIST ÜMUMİ” Nəzrin Məmmədova🥉yer.

– 2022 SFA Federasiya kuboku “OPTIMIST ÜMUMİ” Nərgiz Məmmədova🥈

– 2022 SFA Federasiya kuboku “OPTIMIST ÜMUMİ” Davud Babazadə🥇yer.

Eyni zamanda, 2021-ci il üzrə SFA Federasiya Kuboku qazanan idmançıların adları xatirə lövhəsində qeyd edilib.

Tədbir zamanı Azərbaycan Yelkən Federasiyasının 2021-2022-ci ilin yekununa həsr edilmiş hesabat videosu da nümayiş olunub.

Tədbirin sonunda yarışın keçirilməsinə dəstək olan “Sea Breeze Resort” hotel rəhbərliyinə və yelkən idmanına dəstəyinə görə “Ramada by Wyndham” hotel rəhbərliyinə təşəkkürnamələr təqdim olunub.