Şəhidlərin və rabitəçi qazilərin övladları üçün yelkənli idman növünə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yelkənli İdman Federasiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhidlərin və rabitəçi qazilərin övladları üçün yelkənli idman növünə dair təlim keçirilib.8-16 yaşlı 20 iştirakçının qatıldığı təlim 25 iyun – Dənizçi Günü və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 illiyinə həsr edilib.Məqsəd uşaqların yelkənli idmanla tanış olması, bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatlandırılması olub.Tədbirdə şəhidlərin və rabitəçi qazilərin övladlarına yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsi üsulları öyrədilib.Eyni zamanda, açıq dənizdə yelkənli qayıqlarla gəzintinin, sahildə əyləncəli oyunların təşkili uşaqların sevincinə səbəb olub.