Komandamız “SUPERPAR BIOR 2024” yarışları üçün Türkiyəyə yola düşüb 

13-17 mart tarixləri arasında “SUPERPAR BIOR 2024” Bodrum Bələdiyyəsi Bodrumspor Klubu Yelkən Şöbəsinin ev sahibliyi ilə Bodrum/Muğlada keçiriləcək.

Hazırlıq düşərgəsində də iştirak edən komandamız 3 gün müddətində Türkiyə yelkən komandası ilə məşqlər edəcək.

Azərbaycan Yelkən Federasiyasını idmançılarımız Optimist sinifindən Davud Babazadə, Furkan Mustafayev, Kamal Bəşirli, Nərgiz Məmmədova, Emel Məmmədli, Nəzrin Məmmədova, komanda rəhbəri Burcu Algon Giorgianni və məşqçi Yasin Çakır təmsil edir.

Yarışlarda komandamıza uğurlar arzu edirik!
İRƏLİ AZƏRBAYCAN🇦🇿