Yelkənli İdman Federasiyasının komandası beynəlxalq yarışda

Sorry, this entry is only available in Azərbaycan. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Yelkənli İdman Federasiyasının komandası beynəlxalq yarışda 600 – ə yaxın idmançı ilə mübarizə apararaq Azərbaycanı layiqincə təmsil edib.
Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) “Optimist” sinfi üzrə yığma komandası bu ilin 05 – 11 mart tarixlərində Türkiyənin Bodrum şəhərində təşkil olunan 6 – cı Bodrum Beynəlxalq Optimist Yarışında (BIOR) iştirak ediblər.
Federasiyanın İdman üzrə koordinatoru Burcu Algon Giorgianninin rəhbərlik etdiyi 3 oğlan və 2 qızdan ibarət komanda heyəti, 5 gün davam edən mötəbər yarışda 600 – ə yaxın idmançı ilə mübarizə ölkəmizi layiqincə təmsil etməyə nail olublar.
2017 – ci ildən etibarən SFA – nın hər il Bodrum Beynəlxalq Optimist Yarışında iştirak etməsinin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Qeyd edək ki, yelkənçilərimiz sözügedən yarışda 21 ölkəni təmsil edən 96 ayrı yelkən klublarının idmançıları ilə mübarizə apararaq yarışları uğurla başa vurublar.
BIOR yarışında iştirak edən komanda heyətinin tərkibi:
Ayla Babayeva
Kristina Kərimova
İsmayıl Kərimov
Murad Allahverdi
Murad Hacı-zadə
Heyətin Rəhbəri – Burcu Algon Giorgianni
“Optimist” sinfi üzrə baş məşqçi- Seyhun Yıldız