Azerbaijan Sailing Festival will start soon

Azərbaycan Yelkənli İdman Federasiyası və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə, Azərbaycanda ilk dəfə olaraq “YELKƏN FESTİVALI” keçiriləcək.

Festivalın keçirilməsində əsas məqsəd gənc nəsil arasında Yelkənli idmanı tanıtmaq və inkişaf etdirməkdir. Yelkən Festivalı çərçəvəsində qonaqları əyləncəli viktorinalar, maraqlı oyunlar, musiqili proqram və hədiyyə qazanmaq şansı gözləyir. Eyni zamanda 7-14 yaşlı uşaqlar üçün “Yelkən İdmanı üzrə Yay Məktəbi – 2016” proqramının növbəti dövrləri üçün də qeydiyyat aparılacaq. Festivalın açılış günü

Azərbaycan Yelkənli İdman Federasiyası haqqında lentə alınmış Sənədli Filmin təqdimat mərasimi ilə yadda qalacaq. Belə ki, təqdimat mərasimi Park Bulvar AVM-də yerləşən Park Cinemada baş tutacaq.

Qeyd edək ki, Festival 3 gün davam edəcək və hər gün saat 15:00-dan etibarən iştirakçıların üzünə açıq olacaq.

Festivalın tarixi: 29-30-31 iyul, 2016-cı il

Məkan: Park Bulvar AVM, 1-ci mərtəbə

Mənbə: http://www.myscore.az/news/16085-yelkn-festival-na-start-verilir-r.html