XI. Erk Çelik Halat Bodrum Beynəlxalq Optimist Yarışlarında (Erk Çelik Halat BIOR) komandamız 7 ölkə arasında III oldu

XI. Erk Çelik Halat Bodrum Beynəlxalq Optimist Yarışlarında (Erk Çelik Halat BIOR) komandamız 7 ölkə arasında III oldu. 🇦🇿

Azərbaycan Yelkən Federasiyasının Optimist sinifi üzrə qatılan idmançılarımızdan Davud Babazadə və Nərgiz Məmmədova yarışlarda uğurlu nəticə göstərdiyi üçün komandamız III yerə layiq görülüb.

📌 Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyasını Optimist sinifi komandası üzvləri Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə, Furkan Mustafayev və məşqçi Yasin Çakır təmsil edib.

Yarışlarda uğur qazanan komandamızı təbrik edir, Azərbaycan bayrağını hər zaman zirvələrdə dalğalandırmaları arzu edirik.🇦🇿