Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) QSC-nin dəstəyi ilə “SFA Federasiya Kuboku 2023” yarışları keçirilib.
Yarışlar, Optimist, ILCA və Windsurf sinifləri üzrə 22-24 sentyabr tarixləri arasında “Ramada by Wyndham Baku” sahilində yerləşən SFA yelkən mərkəzində baş tutub.
Mükafatlandırma mərasimində Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə avropa çempionatına qatılan milli yığmacılar, cari il üzrə yay məktəbi iştirakçıları, komandaya yeni seçilən idmançılar, “SFA Federasiya Kuboku 2023″ün qaliblərinə kubok, diplom və sertfikatlar təqdim olunub.
Tədbirdə, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhimdar Cəmiyyəti sədrinin müavini Zaur Nağıyev və federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni çıxış edib.
Həmçinin 2022-ci il üzrə SFA Federasiya Kubokunu qazanan idmançıların adları xatirə lövhəsində əks olunub.
Qeyd edək ki, “SFA Federasiya Kuboku” 6-cı ildir ki, ənənəvi şəkildə həyata keçirilir.