Qubada “İdman festivalı 2023” keçiriləcək!

Noyabrın 16-20-də Qubada “İdman festivalı 2023” keçiriləcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq festivala 23 idman növü üzrə 168 idmançı (13-15 yaş) və eləcə də 18 məşqçi qatılacaq.

Azərbaycan Yelkən Federasiyasını idmançılarımız Fidan Ağazadə, Kristina Kərimova, Davud Babazadə, Mikayıl Məmmədzadə və məşqçimiz Seyhun Yıldız təmsil edir.

Qeyd edək ki, bu sayca ikinci idman festivalıdır. İlk festival ötən il Şəki şəhərində təşkil edilmişdi.