Optimist sinifi komandamız Türkiyəyə yola düşüb

XI. Erk Çelik Halat Bodrum Beynəlxalq Optimist Yarışı (Erk Çelik Halat BIOR) 10-15 oktyabr 2023-cü il tarixləri arasında Bodrum / Muğlada Erk Çelik Halatın baş sponsorluğu ilə Bodrum Bələdiyyəsi Bodrumspor Klubu Yelkən Şöbəsinin ev sahibliyi ilə keçiriləcək.

Azərbaycan Yelkən Federasiyasını Optimist sinifi komanda üzvləri Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə, Furkan Mustafayev və məşqçi Yasin Çakır təmsil edir.

Yarışlarda komandamıza uğurlar arzulayırıq.