(Azərbaycan) Omanda “Mussanah Race Week 2019” yelkən yarışlarında iştirak edən Azərbaycan yelkənçiləri qələbə ilə geri dönüblər

Sorry, this entry is only available in Azərbaycan. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası Omanda
2019 – cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunan yarışda iştirak ediblər.
Yarışda Azərbaycanı “Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, “Laser” sinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov, Cavid Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı təmsil ediblər.
23 dövlətin qatıldığı 156 peşəkar idmançının iştitak etdiyi yarışda Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri bacarıqlarını layiqincə nümayiş etdiriblər. 12 yaşlı qızlar arasında 68 nəfərin apardığı gərgin mübarizədə “Optimist” sinfi üzrə Azərbaycanı təmsil edən yelkənçimiz Fidan Ağazadə 3 cü yerin qalibi olub. Peşəkarlar arasında 3 cü yerin qalibi olmaq Azərbaycan Yelkənli İdman Federasiyasının gənc üzvünün böyük uğuru kimi qiymətləndirlib.
Azərbaycan yelkənçilərinin ağır şərtlərlə pis hava şəraitində məşq və yarışlarda professionallıq nümayiş etdirməsi beynəlxalq məşqçilərin hesabatlarında xüsusi qeyd olunub.
Qeyd edək ki, tanınmış, beynəlxalq səviyyəli məşqçi Dragan Gasicin də iştirak etdiyi yarışa Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri özəl olaraq dəvət edilmişdilər. Beynəlxalq səviyyəli məşqçi Dragan Gasicin rəhbərliyi ilə keçirilən yarışda yelkənçilərimiz özəl olaraq iştirak ediblər.
Xatırladaq ki, ötən ilin 31 may – 3 iyun tarixlərində də Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədənyerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi. 30 il məşqçi kimi fəaliyyət göstərən, 6 dünya və 4 avropa çempionatının qalibi olan Dragan Gasic məşq prosessindən və idmançılarımızın hazırlığından razı qalmışdı.
Aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7 – 14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.
Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.