MOK-da Olimpiya idman növləri üzrə federasiyalar üçün növbəti seminar keçirilib

Aprelin 9-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman növləri üzrə federasiyalar üçün ikinci sosial media və marketinq seminarı keçirilib. 
 
Seminarda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, MOK-un mətbuat katibi Murad Fərzəliyev, MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, DMS Azərbaycan şirkətinin icraçı direktoru Tahir Tahirli, sosial media və marketinq meneceri Əzizə Əhmədova, Səadət Mürsəliyeva və federasiya nümayəndələri iştirak ediblər. Azərbaycan Yelkən Federasiyasını marketinq üzrə mütəxəsisi Solmaz Məmmədli təmsil edib.
 
Seminar çıxışlardan sonra sual-cavab mərhələsi ilə davam edib.
 
Seminarin sonunda xatirə şəkli çəkilib.