Millimiz gümüş medal qazanıb

Türkiyənin Təkirdağ şəhərində keçirilən “Süleymanpaşa Cup” beynəlxalq yelkən müsabiqəsində millimiz Nərgiz Məmmədova gümüş medal qazanıb.
Azərbaycan Yelkən Federasiyasının milli komandası Türkiyənin Təkirdağ şəhərində həyata keçirilən “Süleymanpaşa Cup” beynəlxalq yarışında ölkəmizi təmsil edib.

1-5 sentyabr tarixlərində keçirilən yarışda 8 ölkə (Azərbaycan, Türkiyə, Malta, Tayland, Bolqaristan, Ukrayna, Makedoniya, Yunanistan) 37 klub, 313 idmançı iştirak edib.
“Country Cup” qızlar kateqoriyasında idmançımız Nərgiz Məmmədova gümüş medal qazanıb.
İdmançımızı təbrik edirik!
https://www.isocup.org/files/2022/results/CHERRY_CUP_RESULT.pdf

#sailingaze#sfa