Junior Leaders: 1st June, International Children’s Day!

1 iyun BMT Baş Assambleyasının 1950-ci ildə təşkil etdiyi konfransında qəbul edilən qərarla Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşdü. O gündən hər il bu tarix bütün dünyada təntənəli şəkildə qeyd edilir.

Sağlam gələcəyimizin varidatları olan uşaqlar həyatımıza rəng qatmaqla dünyamızı daha əyləncəli və mənalı edirlər. “Zuleykha” jurnalı ən dəyərli varlıqlarımız olan balacaları bu əziz gündə unutmayaraq növbəti foto-layihəsini Azərbaycanı Yelkənli İdman Yarışlarında təmsil edəcək kiçik liderlərimizə həsr edir.
13
Küləklər şəhəri Bakımız bu idman növü üçün olduqca əlverişli iqlimə sahibdir. Yelkənli İdman Federasiyası 2014-cü ildən fəaliyyətə başlamasına baxmayaraq qısa müddət ərzində böyük naliyyətlər qazanıb. Böyük uğurlar əldə edən Federasiya Yelkənin Optimist sinfi üzrə 15-22 iyul tarixlərində İtaliyanın Kroton şəhərinin ev sahibliyi edəcəyi Avropa Çempionatında iştirak etmə hüququ qazanmışdır. Ölkəmizi layiqincə təmsil edəcəyinə inandığımız 4 oğlan və 1 qızdan- Fərid Məmmədzadə, Murad İsmayılov, Murad Allahverdi, İsmayıl Kərimov  Selcan Abbasdan ibarət komandanı seçməyimizə səbəb balaca liderlərimizin kiçik yaşlarına baxmayaraq uğurla gələcəyə doğru addımlamalarıdır.

 

3

2

4

 

1

 

Küləyin soyuq nəfəsini hiss edərək xəyyallara qərq olan uşaqlar bütün arzularını qayıqla paylaşır, bunları edərkən yelkənli qayığın idarəsini bir an belə buraxmırlar. Əsl lider kimi şücaət göstərərək, qayığı idarə etmək üçün irəliyə doğru yol alırlar. Bəzən küləyin istiqaməti ilə gedir, bəzən isə qayığa özləri istiqamət verərərək eynilə gerçək həyatda olduğu kimi qələbə əzmi ilə hədəflərinə nail olurlar.

Bədənin və beynin eyni anda çalışdığı, mübarizə ruhunun, özünə inamın, çevik qərar vermək və müqavimət qabiliyyətinin vacib olduğu yelkənli idman növündə kiçik liderlərimiz bu işin öhdəsindən layiqincə gələrək bir çox müvəffəqiyyətlər qazanıblar.
“Zuleykha” jurnalı çempionatda iştirak etmək hüququ qazanan bu 5 qəhrəmanın simasını qürur hissi ilə sizlərə tanıdır.
Hazırladı: Röyalə Hüseynova
Foto: Rüstəm Səfərəliyev

7 8 9 10

11 12 13 14 15 1617

Mənbə: http://az.zuleykhamagazine.com/2016/06/01/international-childrens-day-sport-kids-baku/