“İdman festivalı 2022” başa çatıb 

Şəki şəhərində keçirilən “İdman festivalı 2022” başa çatıb. Noyabrın 14-dən 19-dək keçirilən festivalda əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri, o cümlədən müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun və digər tədbirlər iştirakçılar, eləcə də sakinlər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonuncu günündə müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Şəki Olimpiya İdman Kompleksində tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.