Fibonaççi intellektual yarışı keçirilib

Fevralın 29-da Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində idman federasiyaları, paralimpiya və deflimpiya komitələrinin əməkdaşları arasında “Fibonaççi” intellektual yarışı təşkil edib.

Azərbaycan Yelkən Federasiyası olaraq yarışda məşqçilərimiz Seyhun Yıldız, Yasin Çakır, köməkçi məşqçi və milli yığmacı Murad Hacı-zadə və keçmiş milli yığmacı Rafiq Orucov iştirak edib.

Milli Gimnastika Arenasında 130-dək federasiya nümayəndəsi arasında təşkil olunan oyunun qaydaları açıqlandıqdan sonra yarışa start verilib. Yekun nəticələrə əsasən Azərbaycan Üzgüçülük Federasiyası yarışın qalibi olub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ikinci, Azərbaycan Boks Federasiyası isə üçüncü yeri tutublar.