Gənclər və İdman Nazirliyi “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirir. Bu gün ölkə üzrə eyni vaxtda 30 idman kompleksində yarışlara start verilib. Bu münasibətlə Bakı Su İdmanı Sarayında yarışların açılışı keçirilib.
Eyni vaxtda ölkəmizin 30 idman kompleksində başlanan yarış canlı olaraq izlənilib. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışıb.
Azərbaycan Yelkən Federasiyasının idmançıları Amira Bayramova, Səma Mansurzadə, Teyyub Mirzəli, Bahadır Məmmədli, Nurlan Ağazadə, İbrahim Aydəmirli, Davud Babazadə yarışlarda iştirak edib, medal və sertifikatla təltif olunublar.
Qeyd edək ki, yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Dekabrın 26-dək davam edəcək yarışlar gündə iki dəfə, saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.