Bakıda SFA bahar kuboku keçirib

Dənizdə müşahidə edilən güclü dalğa səbəbilə Azərbaycan Yelkən Federasiyası tərəfindən 7-9 may tarixlərində keçirilməsi nəzərdə tutulan yarışın ilk günü 9 mayda keçirilib. Yarış Ümummilli lider Heydər Əliyevin 99 illik xatirəsinə həsr olunub.

Yarışda Optimist Ümumi və ILCA-4 sinifi şagirdləri iştirak edib. Optimist Ümumi sinifindən 11 və ILCA-4 sinifindən 5 şagird yarışıb. ILCA-4 sinifindən türkiyəli Dario Dəniz Ergun da qatılıb.

Qeyd edək ki, yarışda Optimist Ümumi sinifindən 🥇Fidan Ağazadə 1-ci yeri, 🥈 Kristina Kərimova 🥈 2-ci yeri və 🥉Davud Babazadə 3-cü yeri tutub. Optimist Qızlar sinifindən isə 🥇 Fidan Ağazadə 1-ci yeri, 🥈 Kristina Kərimova 2-ci yeri 🥉 Nəzrin Məmmədova 3-cü yeri tutub. ILCA 4 sinifindən 🥇İsmail Kərimov 1-ci yeri, 🥈 Türkiyəli Dario Dəniz Ergun 2-ci yeri, 🥉 Səxavət Əzimov 3-cü yeri tutub.