Bakı Piknik Festivalı

Sorry, this entry is only available in Azərbaycan. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

27-28 iyul tarixlərində ASAN Könüllülük Məktəbi və “Yaşıl ASAN”-ın təşəbbüsü ilə Azərbaycan Yelkənli İdman Federasiyası, Bakı Nəqliyyat Agentliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, Coca-Cola, “Sevimli Bala” və “Amapola Exclusive Events”-in birgə təşkilatçılığı ilə Böyük Şor Gölü parkında ilk dəfə olaraq “Bakı Piknik Festivalı” keçirilmişdir.
Adıçəkilən festival çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən “Optimist” və “Laser” sinifləri üzrə yelkənli qayıqlar nümayiş olunmuş, iştirakçılara dənizçi düyününün bağlanması və qayıqların idarə edilməsi əyani olaraq göstərilmiş, həmçinin müxtəlif əyləncəli viktorinalar təşkil olunaraq qaliblərə hədiyyələr təqdim edilmişdir.