(Azərbaycan) Azərbaycan Yelkən Federasiyası təlim düşərgisi təşkil edib

Sorry, this entry is only available in Azərbaycan. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkən Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Məqsədlərə çatmaq üçün Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib.

31 may – 3 iyun tarixlərində də Yelkən Federasiyasının komandasının hazırlığı, o cümlədən  yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunub. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Dragan Gasic Azərbaycan Yelkən Federasiyası tərəfindən təlimə cəlb edilib. Vurğulayaq ki, Dragan Gasic 30 il məşqçi kimi fəaliyyət göstərib, 6 dünya və 4 avropa çempionatının qalibi olub. Beynəlxalq səviyyəli məqçi məşq prosessindən və idmançılarımızın hazırlığından razı qaldığını bildirib.

4 gün davam edən təlimlər 10 saat nəzəri  və 20 saat dənizdə praktiki məşqlərdən ibarət olub. Məşqlərdə 16 idmançı və 4 məşqçi iştirak edib.