Azərbaycan Yelkən Federasiyası 2023 Optimist Dünya Çempionatında iştirak edəcək ⛵️ 

🗓️15-25 iyun tarixlərində📍İspaniyanın Kosta Brava şəhərində keçiriləcək çempionatda Azərbaycanı yığma komandamızın idmançıları Emel Məmmədli, Davud Babazadə, Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcək. Onlara yarışda uğurlar, daima üç rəngli 🇦🇿 bayrağımızı zirvələrdə dalğalandırmalarını arzu edirik.

📌 Qeyd edək ki, yarışda komandamızın məşqçisi Yasin Çakır, komanda rəhbəri isə Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgiannidir.