Azərbaycan Yelkən Federasiyasının idmançıları ILCA 4 avropa çempionatı üçün hazırlıqlara başlayıb

Azərbaycan Yelkən Federasiyasının idmançıları ILCA 4 avropa çempionatı üçün hazırlıqlara başlayıb.

Burçin Yılmazın məşqçiliyi ilə keçirilən düşərgədə Azərbaycan Yelkən Federasiyasının idmançıları Murad Hacı-zadə və Fidan Ağazadə iştirak edir.

Düşərgə 25 mart tarixində başa çatacaq. ARM Urla Yelkən Klubuna bizi qonaq etdikləri üçün təşəkkür edirik.

Qeyd edək ki, ILCA 4 avropa çempionatı 15-22 aprel tarixində İspaniyanın Cadiz şəhərində keçiriləcək.