Azərbaycan Yelkən Federasiyası “WINDSURF” idmanı üzrə təlimatçılıq kursuna başlayıb

28-31 may tarixləri arasında təşkil olunan “WINDSURF” idmanı üzrə təlimatçılıq kursunu Türkiyə Yelkən Federasiyası “WINDSURF” üzrə təlimatçı təlimatçısı Serhan Balcı həyata keçirir. Təlimin nəzəri hissəsi Azərbaycan Yelkən Federasiyasının ofisində, praktiki hissəsi isə Yelkən Mərkəzində həyata keçirilir. 4 gün davam edəcək təlimdə 8 iştirakçı iştirak edəcək.

Kursu uğurla bitirənlər “WINDSURF” üzrə təlimatçı köməkçisi sertifikatı alacaq.

Qeyd edək ki, iştirakçılar ilk yardım kursunu uğurla başa vurublar.