Azərbaycanda ilk dəfə keçiriləcək yelkən hakimliyi kursu 26-29 yanvar tarixləri arasında SFA ofisində baş tutacaq.
Kursu SFA adına Türkiyə Yelkən Federasiyasının milli hakimi Hüseyn Ergin Özdem tədris edəcək.
Kursu bitirdikdən sonra yazılı və şifahi testdən 70 baldan yüksək toplayan iştirakçılar “Yelkən Hakimliyinə Namizəd” ünvanı əldə edəcək.
Qeyd: Tədris ÖDƏNİŞSİZDİR!
Tələblər:
- Azərbaycan dilində danışmağı, anlamağı və yazmağı bilmək;
- Əsas yelkən biliklərinə sahib olmaq;
- Üzmə bilmək;
- İdman etmək üçün sağlamlıq probleminin olmaması.
İştirak etmək istəyənlər SFA Hakim kursu forumunu doldurub 25.01.2023-cü il tarixinə qədər SFA ofisinə elektron poçt ilə müraciət edə bilər.
Tələb olunan sənədlər:
- İştirakçı forumu;
- Şəxsiyyət vəsiqəsinin nüsxəsi;
- Məhkum olmadığına dair arayış;
- 1 ədəd elektron 3×4 foto;
- Dövlət xəstəxanasından alınmış sağlamlıq haqqında arayış.