“Baku Sailing Regatta-2023” ikinci gün

Regattanın ikinci günündə, saat 12:00-da yelkənçilərin yarışına start verilib. Ümumilikdə 39 yelkənçinin iştirak etdiyi yarışda idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparırlar.

Yarışda iştirak edən idmançılara uğurlar arzulayırıq.