Yelkənli İdman Federasiyası ilə yekun vurdu, jurnalistləri mükafatlandırdı

22 dekabr 2016 cı il tarixində Yelkənli Federasiyası ilin yekunlarına dair tədbir keçirib. Eyni zamanda media nümayəndələrinin Yelkenli Qayıq idman növü üzrə keçirilən müsabiqəbin yekunları da açıqlanıb.

Rekord.az xəbər verir ki, bu münasibətlə təşkil olunan müsabiqədə jurnalistlərin və foto müxbirlərin iştirakı onların yaratdıqları maraqlı işlər Federasiya tərəfindən mükafatlandırılıb.
Tədbiri Federasiyanın Mətbuat katibi Nərmin Seyidova açıq elan edərək bildirib ki, hər zaman bir ilkə imza atan Yelkənli Federasiyanın bu tədbirini də ilklərdən hesab etmək olar. Bu cür müsabiqələrin keçirilməsi davam edəcək və hər zaman media nümayəndələri ilə sıx əməkdaşlıq ediləcək. Daha sonra çıxış edən federasiyasının baş katibi Əhməd İsmayılov daim AYİF-ə verdikləri dəstəyə görə, jurnalistlərə təşəkkürünü bildirib

Sonda media nümayəndələri diplom və mükafatlarla təltif olunub.