Təlimatçı kursu sertifikat proqramı

Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) tərəfindən 25-29 May 2016-cı il tarixlərə Yelkənli İdman üzrə “birinci dərəcəli təlimatçılıq kursu” təşkil edilmişdir. Təlimatçı kursu Beynəlxalq Yelkənli İdman Federasiyasının (World Sailing) eksperti Emrah Sürmen tərəfindən uğurla həyata keçirilmişdir.

Təlim kursu prosesində iştirakçılar əsas və köməkçi yelkən bacarıqlarının tədris edilmə metodologiyası, eləcə də ilkin tibbi yardım sahəsində zəruri bilik və bacarıqlara yiyələnmişlər. Kursun sertifikasiya imtahanından uğurla keçən iştirakçılar sertifikat ilə təltif olunmuşlar.