SalamNews növbəti mükafata layiq görülüb

SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb. SalamNews xəbər verir ki, agentlik yelkən idman növünün geniş təbliğatının və cəmiyyətin bu idman növünə marağının artırılması istiqamətində mediada verdiyi dəstəyə görə Azərbaycan Yelkənli İdman Federasiyası (AYİF) tərəfindən mükafata layiq görülüb. Mükafat agentliyin əməkdaşı Orxan Kərimova təqdim edilib.