“Murov” klubu 1/8 final mərhələsində

2022/23 mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edən “Murov” klubu 1/16 final mərhələsində Avstriyanın “Holding Graz” klubu ilə üz-üzə gəlib.

Azərbaycan Yelken Federasiyasının heyəti “Murov” klubuna dəstək üçün tamaşaçı qismində yarışda iştirak edib.

Qeyd edək ki, noyabrın 8-dəki qarşılaşmada təmsilçimiz 3-0 hesabı ilə, noyabrın 9-dakı qarşılaşmadada 3-0 hesabı ilə qalib olub.
Beləliklə “Murov” klubu 1/8 final mərhələsinə şans qazandı.

Azərbaycan Yelkən Federasiyası olaraq millimizi təbrik edirik!
#sailingaze#sfa#azerbaijan