Komandamız İspaniyanın Cadiz şəhərində

2023 ILCA 4 Gənclərin Avropa Çempionatında federasiyanı təmsil edən komandamız çempionatın keçiriləcəyi ölkə İspaniyanın Cadiz şəhərinə çatıb.

Komandamız yarışacaqları qayığı təhvil alıb və məşqlərə başlayıb.

Çox küləkli bir gündə yarış parkuru ilə tanış olmaq üçün Fidan və Utku məşqçi Eurilca Həmrəylik Proqramı ilə dənizə çıxıb.

Yarışda iştirak edən idmançılara uğurlar arzulayırıq.

https://2023-ilca4youth.eurilca-europeans.org/