Azərbaycan Yelkən Federasiyasının idmançıları “International Mandarin Cup”da iştirak edir

Azərbaycan Yelkən Federasiyasının idmançıları “International Mandarin Cup”da yarışmaq üçün Bodrumda keçirilən düşərgədə iştirak edirlər.

Düşərgədə optimist qrupundan 5 idmançı-Davud Babazadə, Furkan Mustafayev, Emel Məmmədli, Nərgiz Məmmədova, Nəzrin Məmmədova, ILCA 4 qrupundan 2 idmançı-Fidan Ağazadə, Bahadır Məmmədli iştirak edir.

Qeyd edək ki, “International Mandarin Cup” 5-9 yanvar tarixlərində Bodrumda keçiriləcək.