Azərbaycanda Ilk Yelkənli İdman Festivalının Açılışı 29-31 Iyulda Keçiriləcək!

“Zuleykha” jurnalının media partnyorluğu və “Caspian Events” şirkətinin təşkilati dəstəyilə ilə 29 iyul tarixində Azərbaycanda ilk dəfə baş tutan Yelkən Festivalı izləyicilərinə xoş anlar bəxş etdi.

Azərbaycan Yelkənli İdman FederasiyasıPark Bulvar AVM-in birgə təşkilatçılığı ilə 29, 30, 31 iyul tarixlərində keçirilməsi nəzərdə tutulan festivalın əsas məqsədi Yelkənli idmanı gənclər arasında tanıtmaq və bu idman növünə marağı artırmaqdır.

Park Bulvar AVM-in PR Direktoru Günay Malikqızının qonaqları salamlaması ilə başlayan tədbir Azərbaycan Yelkənli Federasiyasının Prezidenti Qüdrət Qurbanovun ölkəmizdə bu idman növünün inkişafı, federasiyanın tarixi ilə bağlı çıxışı ilə davam etdi. Federasiyanın Prezidenti Bakının Xəzərin sahilində yerləşməsi bu idman növü üçün hər zaman uyğun olduğunu vurğulayarkən, eləcə də ötən aylarda milli yığmamızın ölkəmizi Avropada layiqincə təmsil etməsindən danışdı və qarşıdan gələn yarışlarda onlara səbr və əzmkarlıq dilədi.

y6

Daha sonra qonaqlarda nostalji anlarını yaşadan Azərbaycan Respublikasının Gənclər və İdmanNaziri Azad Rəhimov çıxışında yelkənin tarixi əhəmiyyətindən də bəhs etdi:“Mən gənclik illərimdən xatırlayıram ki, Bakı buxtası yelkənlərlə dolu olardı. Yelkənli İdman Federasiyası o günləri yenidən geri qaytaracaq!” Nazir federasiyanın Azərbaycanda Yelkənli İdman növünün bərpası, bu sahədə yeni peşəkarların yetişdirilməsi və gələcək planları haqda inam və qürur hissi ilə söz açdı. 

“Zuleykha” jurnalının Kreativ Direktoru Lalə Mirzəyeva bu elit idman növü üçün həsr olunan media dəstək çərçivəsində əməkdaşlıq və silsilə layihələri haqda danışarkən idmanın gənclərin həyatında rolu, xüsusən də milli yığmamızdakı yeganə xanım idmançımızın iştirakının vacibliyini vurğuladı. O qadınların hər bir sahədə olduğu kimi idmanda da olduqca bacarıqlı olduqlarını və eyni zamanda Azərbaycanı bu idman növü üzrə xarici ölkələrdə layiqincə təmsil edən Selcan Abbasdan və digər kiçik liderlərimizdən fəxr və qürur hiss ilə bəhs etdi.

image

Tədbirin rəsmi hissəsi Park Cinema-da Yelkənli İdman Federasiyası haqqında lentə alınmış sənədli filmlə tamamlandı. Ticarət Mərkəzinin birinci mərtəbəsində isə qonaqları fərqli əyləncəli viktorinalar, oyunlar, feys-art, musiqili proqram gözləyirdi. Məlumat üçün bildirək ki, Festival 31 iyul tarixinədək davam edəcək.

Hazırladı: Röyalə Hüseynova
Foto: Vüsal Nazimoğlu

yy1

y3

y9

yy7

image

y10

y12

yy5

y13

yy11

y15

y1

y8

y4

y5

image

yy2

yy9

yy8

 

Mənbə: http://az.zuleykhamagazine.com/2016/07/29/sailing-aze-sea-2016-parkbulvar-festival/