Azərbaycan Yelkən Federasiyasının yığma komandası 14 ölkədən 450 peşəkar idmançı ilə “Qızıl qrup”da çıxış edərək yüksək bacarıq nümayiş etdiriblər.

Azərbaycan Yelkən Federasiyasının yığma komandası aprelin 18 – 22 si tarixlərində Sloveniyada Optimist və Laser sinifləri üzrə keçirlən “32-th Izola Spring up” və “Easter Regata” yarışlarında iştirak edib. Yelkənçilərimiz yarışlara başlamazdan əvvəl 14 – 18 aprel tarixlərində beynəlxalq səviyyəli məşqçi DraqanGasicin rəhbərliyi ilə təlim məşqlərə qatılıblar.Yelkənli İdman Federasiyasının yığma komandasının Avropa çempionatına hazırlıq məqsədilə qatıldığı yarışlarda 14 ölkədən 450 idmançı iştirak edib.

Optimist sinfi üzrə 2 yarış və Laser 4.7 sinfi üzrə 3 yarış keçirilib. Öz bacarıq və peşəkarlıqları ilə seçilənyelkənçilərimiz Murad Hacı-Zadə və Ayla Babayeva 450 idmançı ilə “Qızıl Qrup”da yarışmaq imkanı əldəediblər. Yelkənli İdman Federasiyasının gənc idmançılarının peşəkar yelkənçilərlə bir qrupda yeralması beynəlxalq səviyyəli məşqçilərin xüsusi diqqət və rəğbətilə qarşılanıb.

“Laser” sinfi üzrə yarışan yelkənçilərimiz Murad Allahverdi və İsmayıl Kərimov 3 yarışda iştirak edərək yüksək bacarıq nümayiş etdiriblər.

Azərbaycanı yarışlarda Optimist sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, “Laser” sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev  təmsil ediblər.

Xatırladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkən Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7 – 14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.

Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkən Federasiyasında hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.