Azərbaycan Yelkən Federasiyası əməkdaşları 6 nömrəli məktəb-liseydə yelkən idmanını tanıdıblar

Görüşdə 6 nömrəli məktəb-liseyin 1, 2 və 3-cü sinif şagirdləri iştirak edib. Görüş zamanı şagirdlərlə maraqlı oyunlar oynanıldı.
Yelkən idmanı üzrə milli komandanın məşqçisi Tuğçe Subaşı şagirdlərə yelkən idmanı barədə ətraflı məlumat verərək, şagirdləri yelkən idmanı üzrə “2022 Yay məktəbi”-nə dəvət edib.☺️

Görüşün məqsədi orta məktəblərdə təhsil alan şagirləri yelkən idmanı barədə məlumatlandıraraq, bu idman növünün onlar arasında təbliğatını aparmaqdır.
Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyası daha 15 məktəbdə yelkən idmanının təbliğatını aparacaq.

Əgər sizdə yelkən idmanı ilə tanış olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz.