Azərbaycan Yelkən Federasiyası əməkdaşları 236 saylı tam orta məktəbdə yelkən idmanını tanıdıblar

Görüşdə 236 saylı tam orta məktəbin 200-ə yaxın şagirdi iştirak edib. Görüş zamanı şagirdlərlə maraqlı oyunlar oynanılıb və yelkən idmanı haqqında məlumat verilib.
Yelkən idmanı üzrə milli komandanın məşqçisi Seyhun Yıldız, Tuğçe Subaşı və məşqçi köməkçisi Cavid Kərimov şagirdlərə yelkən idmanı barədə ətraflı məlumat verərək, şagirdləri yelkən idmanı üzrə “2022-Yay məktəbi”-nə dəvət edib. ☺️

Görüşün məqsədi orta məktəblərdə təhsil alan şagirdləri yelkən idmanı barədə məlumatlandıraraq, bu idman növünün onlar arasında təbliğatını aparmaqdır.
Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyası daha 18 məktəbdə yelkən idmanının təbliğatını aparacaq.

Əgər sizdə yelkən idmanı ilə tanış olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz.