İlk Milli Yiğmanın təbliğatı

Küləklər şəhəri Bakımız bu idman növü üçün olduqca əlverişli iqlimə sahibdir. Yelkənli İdman Federasiyası 2014-cü ildən fəaliyyətə başlamasına baxmayaraq qısa müddət ərzində böyük naliyyətlər qazanıb. Böyük uğurlar əldə edən Federasiya Yelkənin Optimist sinfi üzrə 15-22 iyul tarixlərində İtaliyanın Kroton şəhərinin ev sahibliyi edəcəyi Avropa Çempionatında iştirak etmə hüququ qazanmışdır.

Ölkəmizi layiqincə təmsil edən 4 oğlan və 1 qızdan- Fərid Məmmədzadə, Murad İsmayılov, Murad Allahverdi, İsmayıl Kərimov və Selcan Abbasdan ibarət komandanı seçməyimizə səbəb balaca liderlərimizin kiçik yaşlarına baxmayaraq uğurla gələcəyə doğru addımlamalarıdır.

Küləyin soyuq nəfəsini hiss edərək xəyyallara qərq olan uşaqlar bütün arzularını qayıqla paylaşır, bunları edərkən yelkənli qayığın idarəsini bir an belə buraxmırlar. Əsl lider kimi şücaət göstərərək, qayığı idarə etmək üçün irəliyə doğru yol alırlar. Bəzən küləyin istiqaməti ilə gedir, bəzən isə qayığa özləri istiqamət verərərək eynilə gerçək həyatda olduğu kimi qələbə əzmi ilə hədəflərinə nail olurlar.