Bakı Konqres Mərkəzinin qarşısındakı parkda saat 17:00-dan 20:00-dək davam edəcək tədbirdə gimnastika, kapoeyra, basketbol, atıcılıq, stolüstü tennis, yelkən idmanı, milli idman növləri, futbol, badminton, qılıncoynatma üzrə idman növlərinin nümunəvi çıxışları təşkil olunub.
Azərbaycan Yelkən Federasiyası olaraq yelkən idman növünü tanıtmaq məqsədi ilə stendimizi nümayiş etdiririk.
Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) iyunun 26-dan 29-dək keçiriləcək.