ILCA U21 Dünya Çempionatında Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni yarış ofis rəhbəri və yarış nəticələrindən məsul şəxs olaraq təyin olunub

15-22 oktyabr 2023-cü il tarixləri arasında Fasın Tanger şəhərində keçirilən ILCA U21 Dünya Çempionatında Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti, eyni zamanda yarış hakimi Burcu Algon Giorgianni yarış ofis rəhbəri və yarış nəticələrindən məsul şəxs olaraq təyin olunub.

Yarışlara baxmağa gələn Dünya Yelkən Federasiyası prezidenti cənab Quanhai Li ilə vitse-prezidentimiz Azərbaycan yelkənçiliyi ilə bağlı görüşlər keçirdib. Qısa vaxt ərzində göstərilən uğur və yelkənçiliyin yayılmasındakı əməklərinə görə cənab Quanhi Li, Burcu xanıma Çinin məşhur rəssamlarının əl boyası ilə hazırladıqları yelpiyi hədiyyə edib.