Yelkən idman növü üzrə ustad dərsləri keçirilib

“5 mart – Bədən Tərbiyəsi və İdman günü” münasibətilə 2 mart tarixində 49 nömrəli tam orta məktəbdə yelkən idman növü üzrə ustad dərsləri keçirilib.

Bununla əlaqədər olaraq, tədbirdə Azərbaycan Yelkən Federasiyasını baş məşqçisi Seyhun Yıldız şagirdlərə yelkən idmanının sirrlərindən danışıb.

Tədbirin sonunda şagirdlərə federasiyanın broşürləri və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sertifikatı təqdim olunub.