30 oktyabr-1 noyabr 2023-cü il tarixlərində Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminar keçirilib.
Tibb elmləri doktoru, professor və akademik Zurab Kakxabrişvilinin iştirakı ilə keçirilən seminara federasiyaların 70-dək nümayəndəsi cəlb olunub. Azərbaycan Yelkən Federasiyasını Optimist sinifinin məşqçisi Yasin Çakır təmsil edib.
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi seminar müxtəlif idman növləri üzrə teyplərin düzgün istifadə edilmə qaydası, qida əlavələri, travma və reabilitasiya, farmakologiya və digər mövzuları əhatə edir.
Qeyd edək ki, seminar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib.