Azərbaycan Yelkən Federasiyasının “Optimist Sinifi” 29 may-3 iyun tarixləri arasında Dünya Çempionatının son hazırlıq düşərgəsinə “BODRUM OPTIMIST TRAINING REGATTA”ya qatılmaq üçün Bodruma gedib. Bodrumda təşkil olunacaq 4 günlük düşərgədə milli komandamızı dünyaca tanınmış məşqçi Maurizio Bencic və Azərbaycan Yelkən Federasiyasının məşqçisi Seyhun Yıldız hazırlaşdıracaq.
Qeyd edək ki, “BODRUM OPTIMIST TRAINING REGATTA”da komandamızı Fidan Ağazadə, Davud Babazadə, Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcək.
“BODRUM OPTIMIST TRAINING REGATTA”da iştirak edəcək milli komandamıza uğurlar arzulayırıq🤩