Azərbaycan Yelkənli İdman Federasiyası, 9 noyabr Azərbaycan Bayrağı Günü münasibəti ilə, Xəzərdə yelkənlərini açdı.
Belə ki, həmişə olduğu kimi AYİF ölkənin önəmli günlərində Xəzər dənizində yelkənli parad təşkil edir. Bu gün də, federasiyanın yelkənçiləri dünyanın ən böyük bayraq dirəyinin yerləşdiyi dənizkənarı bulvardan, Xəzərə yelkənlərini açdı.
Sizlərə həmin yürüyüşdən olan maraqlı fotolardan bir neçəsini təqdim edirik.